Teatrda həftəsonu nələr olacaq?

Teatrda həftəsonu nələr olacaq?
472 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi hazırda Tbilisidədir. 

Axşam.az-ın məlumatına görə, onlar Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər.

Daha sonra ADGTT-nın truppası 3 gün Vladiqafqaz şəhərində Şimali Osetiya Dövlət Gənc Tamaşaçılar və 2 gün Çeçenistan Respublikasında sözügedən tamaşanı nümayiş etdirəcək.

Kollektivin digər üzvləri isə paytaxt Bakıda aprelin 22-də saat 12.00 və 14.00-da məktəblilər üçün A.Şaiqin “Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, 23 aprel tarixində isə saat 12.00 və 14.00-da məktəblilər üçün P.Pançevin “Dörd əkizin nağılı”, axşam isə  şəhərimizin sakinləri və xarici qonaqlar üçün məşhur dramaturq Martin MakDonaxın “Lineynin gözəllik kraliçası” tamaşalarını göstərəcək.