Mətanət ən gözəl geyinəni seçdi

Mətanət ən gözəl geyinəni seçdi
2749 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının dünənki buraxılışında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, ötən gün münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, aparıcı Mətanət Əliverdiyeva, vizajist Nigar İbrahimova və stilist Fuad Hacıyev oturub.

Canlı efirdə 4 qız iştirak edib. Onlardan yalnız ikisi ikinci yarımfinala vəsiqə qazanıb. Toy ab-havasında olan Nigar heç bir iştirakçıya "yox" deməyib. Məhz elə buna görə də münsiflər arasında mübahisə düşüb. İştirakçılardan birini çox bəyənən N.İbrahimova gözəlliyinə görə, onu ikinci yarımfinala keçirtmək istəyib. Buna qarşı çıxan Ruhi Əliyeva “Nigar, bu gözəllik yarışması deyil. Bura zövq müsabiqəsidir. Biz qaydaları poza bilmərik” deyərək cavab verib.

Stilist Fuad isə uşaqlıqdan aparıcı Mətanət Əliverdiyevanın pərəstişkarı olduğunu etiraf edib.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.