Tağı Əhmədovun ailəsində toy olacaq - pulsuz

Tağı Əhmədovun ailəsində toy olacaq - pulsuz
12418 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun ailəsinin şad günü yaxınlaşır.

Axşam.az Yeniçağ.az-a istinadən xəbər verir ki, sabiq rəis nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək. T.Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq.

Belə ki, məclisə çağırılanlar T.Əhmədovun qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.

Qeyd edək ki, Dinarə sabiq rəisin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də “Neolit” restoranında baş tutacaq.