Onlar haqda bilmədiyiniz faktlar

Onlar haqda bilmədiyiniz faktlar
3480 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən dünya ulduzları haqda bilmədiyiniz faktları təqdim edir:

Aktyor Cim Kerrinin ailəsi o qədər kasıb olub ki, o, uşaqlıqdan işləmək məcburiyyətində qalıb. 15 yaşında ilk dəfə yaşadığı məhəllədə teatr təşkil edib. Amma onun bacarıqsızlığına hamı gülüb. Lakin həvəsdən düşməyən Cim iki ildən sonra televiziyaya çıxmaq üçün Los-Ancelesə üz tutub. Burada aktyor kimi özünü bir sıra səhnələrdə sınamağa çalışıb. Bir gün “Ace Ventura” filmi üçün seçim turunun olduğunu eşidib və seçimlərə qatılıb. Üz cizgilərinə görə, kerri filmdə baş rolda çəkilir. Bir çox məşhurların imtina etdiyi bu filmlə Cim dünyada tanınır.



Müğənni və aktrisa Cennifer Lopez uşaqlıqdan rəqs dərsləri alıb. Ailəsinə müğənni olmaq istəyini bildirdikdə, onlar qızlarına qarşı çıxıblar. Bundan sonra Lopez evdən ayrılıb. Tək başına qalan Cey Lonun nə işi, nə pulu olmayıb. Lakin bacarığı və səsi onu bir çox filmlərdə çəkilməyinə səbəb olub.



Aktyor Tom Kruz da kasıb ailənin uşağı olub. Anasına kömək etmək üçün dərsdən sonra işləyib. Lakin aktyor olmaq arzusu onu Nyu-Yorka kimi gətirib. Amma Tomun boyunun balaca olması ona mane olub. Aktyor ilk dəfə “Riskli iş” filmi ilə gündəmə gəlib. Daha sonra bir sıra filmlərdə baş rol alan Kruz 2006-cı ildə “Forbes” jurnalına görə 67 milyon dollarla dünya milyarderlərindən biri olub.



Müğənni Selin Dion uşaqlıqdan ailə içərisində mahnılar oxuyub. Hətta “Selin” adlı mahnı da bəstələyib. 12 yaşında həmin bəstəni qardaşı Maykl musiqi şirkətlərdən birinə göndərib. Selinin bu bacarığını görən şirkət onu ulduz etməyə söz verib və bunu edib də.