Model Bella Hadid ötən ildən “Dior” brendinin siması seçilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Londonda təşkil olunan “Pump N Volume” tuşunun təqdimetmə mərasiminə qatılıb.

Məclisdə jurnalistərin suallarını cavablandıran 20 yaşlı model bacısı haqda da danışıb:

“Gigi mənim ən yaxın rəfiqəmdir. Onu çox sevirəm. Kədərli olan kimi ona zəng edirəm, o, məni sakitləşdirir. Giginin bu sahələrdə təcrübəsi məndən daha çoxdur”.

Hadid gecəyə geyindiyi cins kombinizon ilə yenə cazibədarlığını qoruya bilib.