Ofisdə rahat yeyə biləcəyiniz 5 qida - fotolar

Ofisdə rahat yeyə biləcəyiniz 5 qida -  fotolar
1700 dəfə oxunub
  • A-
  • A
  • A+
Əgər işdə dadlı nəsə yemək istəyirsinizsə, mağazaya qaçmağa ehtiyac yoxdur. Evdən götürdüyünüz bəzi qidalarla dadlı nələrsə hazırlaya bilərsiniz.

Axşam.az xarici KİV-ə istinadən ofisdə tez yeyə biləcəyiniz dadlı qidaları təqdim edir:

Banan və şokolad

Bananı yuyub ortasını kəsin. Ora şokolad və qoz töküb, 3 dəqiqə sobada saxlayıb yeyin.



Fincanda keks

Fincana bir az süd və hazır toz halında satılan keks xəmiri əlavə edib, sobaya qoyun. 45 saniyəyə hazır olacaq.



Pizza hazırla

Lavaşın arasına pomidor, toyuq və ya sosiska, holland pendiri düzüb, sobaya qoyub, 10 dəqiqə saxla.



Rahat salat

Pomidor, bibər, xiyar və pendiri doğrayıb qarışdırın. Üzərinə limon şirəsi əlavə edin. Beləcə, dadlı salat əldə edəcəksiniz.



Kapuçino

Sonda özün üçün ya kofe, ya da köpüklü kapuçino hazırla.