"Çox təhlükəli müğənnidir" - Anar Ağakişiyev

"Çox təhlükəli müğənnidir" -  Anar Ağakişiyev
4255 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilist Anar Ağakişiyev "Nəsib olsa" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, stilist peşman olduğu anlardan bəhs edib.
 
O, adını çəkmədiyi bir ifaçı ilə aralarında qalamqal yaşandığını söyləyib:

"Qədirbilməz müğənnilərlə çalışdığım ərəfəni həyatımdan silib atardım. Məni düzgün başa düşsünlər. Bir müğənni ilə dost olmuşam. Necə təhlükəli müğənnidir ki, onu tanıya bilməmişəm. Son bir il onunla olan müddəti silərdim. Təəccüblənirəm ki, yeni başlayan bir müğənni məni necə fırlada bilərdi? Mən illərdir şou-biznesin tozunu uda-uda gəlirəm. Onu tanımamışam".

A.Ağakişiyev özü ilə bağlı etiraf da edib. O bildirib ki, xaql artisti Zülfiyyə Xanbabayevanın fanatı olub:

"Heç məşhur olmazdan əvvəl onu sevirdim. Hətta konsertində pilləkəndə oturub onu izləyirdim. Amma heç vaxt onu makiyaj etməmişəm".

Qeyd edək ki, A.Ağakişiyev xalq artisti Aygün Kazımova və müğənni Günay İbrahimli ilə son vaxtlar qalmaqal yaşayıb.