Alişan yeni sevgilisi haqda: "Ən qısa zamanda..."

Alişan yeni sevgilisi haqda: "Ən qısa zamanda..."
3641 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Alişan prezident Rəcəb Tayyip Ərdoğana verdiyi sözü yerinə yetirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl prezidentə 6 ay içində evlənəcəyini deyən ifaçı bugünlərdə "İllərdir toylarda hədiyyə etdiyim qızılları geri istəyirəm" deyə, zarafat edib.

40 yaşına qədər anası ilə yaşayan müğənni artıq yeni evə köçüb. O, bu haqda deyib:

"Bu yaşdan sonra tək yaşamaq çətindir. Əvvəllər cəsarət etmirdim. Tək başına və aza olmaq gözəldir. Gecə saat 1-2-də evə etmək, dostlarımın qonaq gəlməsi, telefonla yavaş səslə danışmamaq gözəldir. Amma tək yaşamaq gözəl deyib. İnşallah bundan qurtularam".

Alişan evlənəcəyi haqda da danışıb:

"Görüşdüyüm var, amma adını deyə bilmərəm. Münasibətimiz gözəl davam edir. Eyni cür davam edərsə, ən qısa zamanda xoşbəxtliyimi paylaşacağam. Məşhur deyil, amma bəlkə də tanıyırsınız, tanıyanlar var. Bu mərhələni keçsək, ən çox istədiyim evlənməkdir".