Müğənni xəstə övladını ziyarət edə bilmədi - video

Müğənni xəstə övladını ziyarət edə bilmədi - video
7802 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lolita Milyavskaya Ukraynaya buraxılmayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçını Ukrayna sərhədçiləri qatardan düşürüblər.

Bu barədə Lolita rəsmi “Facebook” səhifəsində məlumat yayıb. O, sosial media hesabında yerləşdirdiyi video deyib:

"Sizcə, mən hardayam? Mən Konotopdayam. Səhər saat 4-də məni qatardan aşağı endirdilər və budur xəstə övladını ziyarət edə bilmirəm. Çünki Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər. Səbəb isə 2015-ci ildə Krıma getməyimdir”.