Könül Arifqızıdan Mədəniyyət kanalına oğurluq ittihamı

Könül Arifqızıdan Mədəniyyət kanalına oğurluq ittihamı
3895 dəfə oxunub
  • A-
  • A
  • A+
İTV-də "Bir mahnının tarixçəsi" verilişinin müəllifi və aparıcısı olan Könül Arifqızı "Mədəniyyət Televiziyası"nı oğurluqda ittiham edib.

Axşam.az-ın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

"Mədəniyyət kanalında konsert gedir. Hər mahnıdan öncə qısa tarixçələr təqdim olunur. Aparıcıların təqdim etdiyi bu tarixçələri "Bir mahnının tarixçəsi"ndən götürən, hətta cümlə və sitatları olduğu kimi təkrarlayan Mədəniyyət kanalına təşəkkür edirəm. Çox gülməli vəziyyətdir".

O, belə hallarla mübarizənin mümkünsüzlüyünü bildirib:

"Bizdə hələ ki cəzalandırmaq məsələsində mexanizm işləmir. Hər şey çox ibtidai və effektsiz şəkildədir. Cəzalandırılmaq qorxusu olmadığı üçün buna davam edirlər. Bu, ilk dəfə deyil. Hətta Naxçıvan televiziyasında eyniadlı veriliş açıblar. Adı da oğurlayıblar. Ayıbdır".