İlin ən əsas film hadisəsinə günlər qaldı

İlin ən əsas film hadisəsinə günlər qaldı
540 dəfə oxunub
  • A-
  • A
  • A+

İntelektual film həvəskarları Kann kinofestivalının başlamasını gözləyir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu il festivalın 70 yaşı tamam olur. Festivalın əsas simalarından biri italyalı gözəl Klaudiya Kardinaddır. Mərasimin açılışı və bağlanışının əsas uldusu Monika Belluççi olacaq.

Üçüncü əsas qadın isə aktrisa Uma Turmandır. O, "Xüsusi baxış" proqramının münsiflər heyətinin başçısı olacaq.

Qeyd edək ki, ümumi münsiflər heyətinin başçısı isə Pedro Almadovardır. 17-28 may aralığında keçiriləcək festival fransız rejissor Arno Depleşenin "İsmayılın kabusları" filmi ilə açılacaq.