Milyarder sevgilisini gizlətmir - fotolar

Milyarder sevgilisini gizlətmir - fotolar
4290 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ember Herd milyarder İlon Maskla sevgili olmasını artıq gizlətmir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Akvamena” adlı filmin çəkilişləri üçün Avstraliyaya gedən Emberi İlon tək buraxmayıb. Çəkilişlərdən vaxt tapan cütlük birlikdə əyləncə mərkəzinə gedib.

İkilinin yanında Maskın birinci nikahından olan uşaqları da olub. Gəzintidən sonra şam edən cütlüyün fotosunu Herd sosial media hesabında yerləşdirib. Maskın yanağındakı dodaq izi izləyicilərin gözündən qaçmayıb. Aktrisanın fanatları şəklin altına “Sevgilini öpmüsən?” kimi şərhlər yazıblar.

Xatırladaq ki, E.Herd ötən ilin son aylarında aktyor Conni Deppdən boşanıb.

Qeyd edək ki, 45 yaşlı milyarder İ.Maskın hələ 2013-cü ildən aktrisaya vurulduğu bildirilir. O, "Tesla Motors" şirkətinin icraçı direktorudur. Onun varidatı 12 milyard dollar dəyərində qiymətləndirilir.