Bir vaxtın məşhur modeli indi qoyun otarır - fotolar

Bir vaxtın məşhur modeli indi qoyun otarır - fotolar
14493 dəfə oxunub
  • A-
  • A
  • A+

90-cı illərin ən məşhur modellərindən olan Bilun Dohmeni indi görənlər tanımır.
 
Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, təxminən 20 il boyunca Amerika, İtaliya, Almaniya, Fransa, İngiltərə kimi ölkələrdə keçirilən moda nümayişlərində iştirak edən Bilun daha sonra sənətindən ayrılaraq Bodrumda bir kəndə köçüb.

Lüks həyatdan yorulduğunu deyən model bildirib ki, sadə həyat yaşamaq daha zövqlüdür:

“Modellik etdiyim vaxtlarla indiki həyatımı müqayisə etsək, aralarında çox böyük fərq var. Amma bir çox model dostlarım belə mənim bu həyatıma həsəd aparır. Kənd həyatını çox sevirəm. Burda çox sağlam qidalanıram”.