Gənc qız öz yas mərasimində iştirak etdi - inanılmaz+fotolar

Gənc qız öz yas mərasimində iştirak etdi - inanılmaz+fotolar
46675 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkədə yayılan 20 yaşlı filippinli qızın fotoları hər kəsin marağına səbəb olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu ilin aprelin 12-də vəfat edən Reysin Pregunta adlı qız ölümündən əvvvəl qeyri-adi addım atıb.

Belə ki, uzun müddətdir sümük xərçəngindən əziyyət çəkən Pregunta 5 gün ömrü qaldığını öyrəndikdən sonra son arzusunu deyib. O, gözəl ölmək istədiyini bildirib.

Ağ paltar geyinib, başına güldən çələng qoyan qız diri-diri tabuta uzanıb. Ölümündən sonra Reysin yas mərasimindən fotolarını bacısı Rolin sosial şəbəkədə yayıb.

Həmin fotolar böyük marağa səbəb olub. Belə ki, şəkillərə 27 min “like” gəlib, 5 min dəfə paylaşılıb və 7 mindən çox şərh yazılıb. Hamı bu mənzərədən kədərləndiyini vurğulayıb.