Bakıda barışan sənətçilərin ortaq işi - video

Bakıda barışan sənətçilərin ortaq işi - video
2060 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Filip Kirkorov repçi Timati ilə barışdıqdan sonra onunla birgə mahnı da yazıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, “Sonuncu bahar” (“Последняя весна") adlanan mahnıya sənətçilər klip də çəkdiriblər.

Ekran işində Filip və Timati müttəfiqdirlər. Belə ki, hər ikisi eyni qızı sevir.

Klipdə diqqət çəkən digər məqam Kirkorovun Timati kimi saqqal saxlamağı və onun imicinə bənzər imicdə olmasıdır.

Qeyd edək ki, ifaçılar arasında qalmaqal 2012-ci ildə yaşanıb. Onların davasına səbəb sosial şəbəkədəki yazışma olub. Daha sonra isə Timati oxuduğu "Davay, do svidaniya" mahnısını Kirkorova həsr etdiyini bildirib.

Xatırladaq ki, ikili ötən il “Jara 2016” musiqili festivalda Bakıya gələrkən onları Qriqoriy Leps barışdırıb. O, F.Kirkorova yaxınlaşaraq “Sizə dostum Timatini təqdim etmək istəyirəm” deyib. Filip onun bu addımına “Tanış olmağıma şadam” cavabını verib.