Bensu Soraldan "İçerde"yə vida mesajı - foto

Bensu Soraldan "İçerde"yə vida mesajı - foto
8005 dəfə oxunub
  • A-
  • A
  • A+
"İçerde" serialının əsas obrazlarından olan "Mələk" layihə ilə vidalaşıb.

Axşam.az-ın məlumatına görə, dünən yayımlanan seriyanın son səhnələrinə kimi izləyicilər "Mələy"in ölməsinə inanmasalar da, obrazı canlandıran Bensu Soralın İnstaqramdakı vida mesajı hər şeyi aydınlaşdırıb.

Aktrisa serialdan ayrıldığını təsdiqləyərək "İçerde"nin heyəti ilə olan fotosunu paylaşıb. Bensu "Hər vida bir başlanğıc" heşteqi ilə yazıb:

"Bu peşə mənə çox şey öyrətdi. Əvvəla, hər zaman daha yaxşı olmağı, daha irəli getməyi, dərinləşməyi, görmədiyim, amma hiss etdiyim Mələk kimi insanlar ilə olan qarşılıqsız sevgini... Və bu sevgiyə layiq ola bilmək üçün gücümün, alnımın təri ilə hər şeyi edə bilməyi... Ümid edirəm, buna layiq ola bildim, bundan sonrakı bütün işlərimdə də layiq ola bilərəm. Bütün izləyən və dəstək verən tamaşaçılarımız başda olmaqla "Ay Yapım" ailəsinə, aktyor dostlarıma və heyətimizə sonsuz təşəkkür və sevgilərimlə".

Qeyd edək ki, fotoda Bensunun serialdakı tərəf müqabili və sevgilisini canlandıran Çağatay Ulusoyun olmaması diqqət çəkib. Çağatayın serialdakı digər aktrisa Duyğu Sarışınla sevgili olması və bu səbəbdən onun B.Soralla səmimi səhnələrinin azaldıldığı deyilirdi.