"Həmin adamı axtarıram" - Elvin+fotosessiya

"Həmin adamı axtarıram" -  Elvin+fotosessiya
4363 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu dəfə fotoqraf Elgün Zamanın obyektivi qarşısına keçib. 

E.Abdullayev yaxın günlərdə işıq üzü görəcək yeni mahnısından da söz açıb:

“Düşünürəm ki, müğənni tez-tez fotosessiya etdirməlidir. Eyni zamanda yeni mahnı üzərində çalışıram. Musiqisi mənə aiddir. Sözləri anonimdir, internetdən götürmüşən. “O gün” adlanır. Adı İnstaqram izləyicilərim seçib. Mahnıdan kiçik bir hissə paylaşıb, onların fikrini soruşdum. Aranjimanı Elvin Musayev edib. Mahnı çıxandan sonra elan verəcəm, sözləri yazan şəxs mənlə əlaqə saxlasın. Ondan halallığımı alım. Bir neçə dəfə sosial şəbəkədə elan verdim, amma heç kim yazmadı. Yaxın günlərdə bəstə işıq üzü görəcək”.