"Oğluma deyirlər ki, anana güvənirsən" - Gülyaz Məmmədova

"Oğluma deyirlər ki, anana güvənirsən" -  Gülyaz Məmmədova
4643 dəfə oxunub
  • A-
  • A
  • A+

“Altı bacı, hamımız oxuyurduq. Birinci böyük bacım Kinayət, sonra Rəhimə bacım oxuyub. Elnaz bacımın isə səsi vardı, o oxumadı. İndi heç biri oxumur. Onlardan sonra mən gəldim. Ardımca Gülyanaq sənətə başladı".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Gülyaz Məmmədova “Şou məkan” verilişinə açıqlamasında deyib.

Müğənni oğlu Ramazanın da sənətə gəlməsindən danışıb:

“Həmişə Gülyanaq deyirdi ki, qəşəng səsi var. Mən axtarışda idim hələ. İstəyirdim ki, təriflər kənardan gəlsin ki, mən də içimdə razılaşım. Onun istedadından razıyam.

Azaddır, artıq böyük oğlandır. Özü bilir nə etməli olduğunu. Mənim istəyim nədir, siqaret çəkməsin, içki içməsin, xoşlamıram. Bunları da etmir.

Maraqlı odur ki, uşaqlıqda səsi dəyişənə qədər milli mahnılar oxuyurdu. Ancaq səsi tez dəyişməyə başladı. Sonra hiss elədim ki, səs qalınlaşmağa başladı. İnanmırdım oxuyar. Sonra gördüm ki, oxumağa başlayır.

Tələbə yoldaşları deyir ki, anasına güvənir, rahatdır. Deyirlər, balaca səsi var. Ancaq elə deməzdim. Səsin həcmi ilə deyil. Zil səsi olsun, qışqırsın, ancaq səsin duzu olmasın, nəyə lazımdır. Səs hamıda var, onun məlahətli olması önəmlidir”.