Bakıda sehrli nağıl - Autizmli uşaqların moda gecəsi+fotolar

Bakıda sehrli nağıl - Autizmli uşaqların moda gecəsi+fotolar
3248 dəfə oxunub
  • A-
  • A
  • A+

Autizmli uşaqların iştirakı ilə "Autizm-fərqli və bizdən biri" adlı xeyriyyə xarakterli moda gecəsi keçirilib.
 
Axşam.az-ın məlumatına görə, tədbir “Birgə və sağlam” ictimai birliyi və “Ümid var” xeyriyyə təşkilatının təşkilatçılığı ilə baş tutub.

Gecənin qonaqları sırasında deputat Qənirə Paşayeva, əməkdar artisti Tünzalə Ağayeva və başqaları yer alıblar.

Moda gecəsi autizm mövzusuna həsr edilmiş video çarxın nümayişi ilə başlayıb. 

Gecənin aparılığı Leyla Quliyevaya həvalə edilib.

Q.Paşayeva çıxış edərək, cəmiyyətin diqqətini autizm probleminə cəlb etmək baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, belə tədbirlər autist uşaqlarla işləyən insanlara bu mövzu üzrə öz fikrini söyləməyə və bir çox yayılan suallara cavab verməyə imkan yaradır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova autizmli uşaqlar üçün milli geyim kolleksiyasını yaratmaq təklifi alanda işə böyük məsuliyyət və məmnuniyyətlə başladığını deyib.

Ardından 10 autist uşaq modelyerin kolleksiyası ilə podiuma çıxıblar.

Gecədə Tünzalə Ağayeva, Samira Allahverdiyeva, Murad Arif və başqaları mahnılar səsləndiriblər.