Çəkilişlər zamanı çimərlik geyimi başına oyun açdı - fotolar

Çəkilişlər zamanı çimərlik geyimi başına oyun açdı - fotolar
9186 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayda təqdim olunması gözlənilən “Xilasedicilər” filminin aktrisası Kelli Rohbək maraqlı açıqlamalar verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı aktrisa çəkilişlər zamanı 10 dəfə çimərlik geyimini dəyişdirdiyini etiraf edib.

“Ayaqlarım qısa olduğu üçün çimərlik geyimləri başıma oyun açdı. Ayna qarşısına keçib uzun zaman seçim etdim. 10 çimərlik geyimini geyinib-çıxardım. Nəhayət sonda biri uyğun oldu”, - deyə amerikalı ulduz vurğulayıb.

Qeyd edək ki, filmdə məşhur aktyorlar Dueyn Conson, Pamella Anderson, Zak Efron, Priyanka Copra və başqaları yer alıblar. Çəkilişlər Mayami, Florida, Savanna və Gürcüstanda aparılıb.