Britni Spirs hamilədir?

Britni Spirs hamilədir?
2711 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Britni Spirs özündən 12 yaş balaca sevgilisi Sem Asgarini itirməkdən qorxur.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə 35 yaşlı pop ifaçısına yaxın mənbə deyib. Onun sözlərinə əsasən, Britni 23 yaşlı rəqqas Asgaridən hamilədir və bundan sonra sevgilisinin onu atacağından qorxur.

Mənbə onu da əlavə edib ki, Britni bu səbəbdən Sem ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

Amma sənətçi hamilə olması barədə özü rəsmi məlumat verməyib.

Qeyd edək ki, cütlük Britninin "Slumber party" klipinin çəkilişlərinə tanış olublar. Ötən ilin dekabrında isə onların sevgili olduğu üzə çıxıb.