Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
1587 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı rejissor Conatan Demme vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 74 yaşlı rejissor Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Yaxınlarının sözlərinə əsasən, o, qida borusu xərçəngi və ürək-damar sistemi xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib.

Qeyd edək ki, ilk filmi “Merlin və Qovard”ı 1980-ci ildə çəkən Demme  daha çox “Quzuların səssizliyi” filmi ilə tanınıb. O, adıçəkilən ekran işinə görə 1992-ci ildə “Oskar” mükafatı alıb.