Homoseksualları "müalicə" etmək istəyən gizli klinikalar - dəhşətli görüntülər

Homoseksualları "müalicə" etmək istəyən gizli klinikalar - dəhşətli görüntülər
26357 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bir neçə il əvvəl dostumdan eşitdim ki, homoseksualları cinsi davranışlarla dəyişdirmək üçün onlara zor tətbiq edən gizli klinikalar var. Bunlar təkcə Ekvadorda deyil, Cənubi Amerika ölkələrində, hətta Avropada da da var",

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunları ekvadorlu fotoqraf Paola Paredes "Until You Change" ("Sən dəyişənə qədər") adlı layihəsi haqqında danışarkən deyib.

Paola 6 ay ərzində belə klinikalarda olmuş insanları axtarıb və hətta onlardan biri ilə ünsiyyət qurub. O, eyni zamanda həmin klinikalardan birinə qohumuna baş çəkmək bəhanəsi ilə daxil olaraq oradakı dəhşəti görüb.

Fotoqraf həmin dəhşətləri ictimaiyyətə çatdırmaq üçün foto-layihə etmək qərarına gəlir. Fotosessiyada isə gördüklərini və eşitdiklərini canlandırmaq üçün peşəkar aktyorlardan istifadə edib.

P.Paredes bildirib ki, Ekvadorda çoxlu valideynlər, xüsusilə də kənd sakinləri övladlarının qeyri-ənənəvi cinsi orientasiyasının olduğunu öyrənəndə bu klinikaların xidmətindən istifadə etməyə üstünlük verirlər.

Qeyd edək ki, Amerika Psixiatriya Assosiasiyası 1973-cü ildə rəsmi olaraq homoseksuallığı psixi xəstəliklər siyahısından çıxarıb.