“YARAT”da klassik musiqi əsərləri səsləndiriləcək

“YARAT”da klassik musiqi əsərləri səsləndiriləcək
533 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.

Axşam.az xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin iştirakı ilə baş tutacaq.

Hər kəsin qatıla biləcəyi musiqi axşamında Culio Kaçini, Bernxard Romberq, Frederik Şopen, Robert Şuman, Nikolay Rimski-Korsakov, Tofiq Quliyev və Fikrət Əmirovun əsərləri səslənəcək.