Bakının bu küçələrində ehtiyatlı olun - sürücülərin nəzərinə!

Bakının bu küçələrində ehtiyatlı olun - sürücülərin nəzərinə!
1101 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumdan Axşam.az-a verilən məlumata görə, müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.