Qızları məşhurluqda atalarını geridə qoydular - fotolar

Qızları məşhurluqda atalarını geridə qoydular - fotolar
7098 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Silvestr Stalloni qızları və xanımı ilə Nyu-Yorkda təşkil olunan “Harper’s Bazaar” jurnalının gecəsinə qatılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tədbirdə aktyorun qızları 20 yaşlı Sofi, 18 yaşlı Sistin və 14 yaşlı Skarletin diqqət mərkəzində olublar.

Xatırladaq ki, bir müddət əvvəl jurnalın may nömrəsi üçün qızlar müxtəlif geyimlərdə kameralar qarşısına keçib.

Lakin, bu, onların ilk işi deyil. Sistin bir neçə dəfə məşhur brendlərin siması olub. O, hətta, “Chanel” və “Dolce & Gabbana” kimi brend markalarla müqavilə imzalayıb.

Qızlara bu işdə ataları da böyük dəstəkdir.