Mehriban Əliyeva qızının sərgisində - fotolar+video

Mehriban Əliyeva qızının sərgisində -  fotolar+video
1993 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” (“Live Life”) adlı sərgisinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, tədbir ötən gün Moskvada baş tutub.

Açılış mərasimində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Gecədə SSRİ xalq rəssamı Tahir Salahov, “Qəbələ” idman klubunun rəhbəri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, məşhur rusiyalı teleaparıcı Andrey Malaxov, Hacı Nuran və başqaları iştirak ediblər.

“Russian Academy of Arts”da nümayiş olunan sərgi mayın 24-nə kimi davam edəcək.