Gəlin 57, bəy 32 yaşında - sürpriz nikah

Gəlin 57, bəy 32 yaşında - sürpriz nikah
4952 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin maqazin dünyasında adı hər zaman qalmaqallarda hallanan gözəli Çiğdem Kayalı 57 yaşında ərə gedib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, o, özündən 32 yaşlı di-cey Uğurcan Kaya ilə nikah masasına oturub. Gözlənilməz nikahda bəy və gəlinin yaxınları iştirak etməyib. Ç.Kayalı "Anidən qərar verdik. Hər kəsə sürpriz oldu. Ailələrimiz də təəccübləndi, amma xoşbəxtdirlər" deyib.

Nikahdan sonra bir restoranda qonaqlıq verən cütlük bal ayına çıxmayacaqlarını bildirib.

Qeyd edək ki, Ç.Kaya oğlunun atası Ercan Akından 1989-cü ildə boşanıb. Qızı Lalın atası Mustafa Dənizli ilə isə 14 il birgə yaşadıqdan sonra ayrılıb. Ondan sonrakı 3 sevgilisi isə gənc adamlar olub.

Çiğdemin yeni əri Uğurcan oğlu Sinanla yaşıddır.