"Bozbash pictures"in Ağsaqqalının nişanlısı kimdir? - fotolar

"Bozbash pictures"in Ağsaqqalının nişanlısı kimdir? -  fotolar
36016 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bozbash pictures”in aktyoru Azər Baxşəliyevin nişanlanması ilə bağlı mediada xəbər yayılmışdı.

Axşam.az-ın əldə etdiyi məlumata görə, aktyor tanınmış rəssamla ailə qurmağa hazırlaşır. Nigar Seyidova adlı xanım bir çoxlarına əsərləri ilə tanışdır. Onun hətta sərgiləri də keçirilib. Onlardan biri də “Natavan” rəsm qalereyasında baş tutan “Şəhər eskizləri” adlı sərgi olub.

N.Seyidova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.

O, eyni zamanda bizneslə də məşğuldur. Belə ki, rəssam əl işlərinin əks olunduğu telefon qablarının satışı ilə məşğul olur.

Qeyd edək ki, cütlüyün nişanı yanvarda olmuşdu. Azər və Nigarın bu ilin yazında nikah masasına oturacaqları yazılmışdı.

A.Baxşəliyev "Bozbash pictures"dəki Ağsaqqal obrazı ilə tanınır.