Özündən 19 yaş kiçik qızla sevgilidir - fotolar

Özündən 19 yaş kiçik qızla sevgilidir - fotolar
3168 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Cem Yılmaz yeni sevgilisi, özündən 19 yaş kiçik aktrisa Merve Çağıranla görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 44 yaşlı aktyor iki həftə əvvəl Merveni İnsatqramda izləməyə başlamış və eyni gün də "Sevgi, sənə çox günaydın" paylaşımı ilə diqqətləri üzərinə çəkmişdi.

C.Yılmaz və M.Çağıranın "Fi" serialının çəkilişlərində yaxınlaşdığı deyilir. Lakin hər iki tərəf bu barədə açıqlama verməmişdi. Lakin dünən aktrisanın Cemin evindən çıxarkən görüntülənməsi sevgi iddiasını sübut edib.