İki azərbaycanlı aparıcı qırğına çıxdı: "İddiası başından böyük qız..."

İki azərbaycanlı aparıcı qırğına çıxdı:  "İddiası başından böyük  qız..."
14528 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin yayımı dayandırılmış "Ferma" verilişinin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, aparıcılar “Facebook” da bir-birilərinin ünvanına sərt sözlər yazıblar.

Y.Cansail ad çəkmədəm Ü.Qarayevaya ismarış göndərib:

“Artıq səbrim tükənir. Gəmidə oturub gəmiçiylə dava edənlər olmaya da. Bir də öz yerini bilməyənlər çox təhlükəlidirlər. 3 ildir “Ferma” yayımlanırdı, gül kimi də veriliş aparırdım, sonradan gəlib özünü şah kimi aparan o insanın ayağı düşmədi, hazır məhsulu da heç elədi, veriliş bağlandı. Amma ruhdan düşmək olmaz, daha böyük uğurlar bizi gözləyir. Ünvanlı”.

Daha sonra aparıcı Ü.Qarayeva da öz səhifəsində ismarışa sərt cavab verib:

“Bu insana nə deyəsən, üzümə gülüb, “Facebook”da əjdahaya dönür. Gül kimi təzə layihəyə start veririk, ağzından süd iyi gələn “colma-çocuq” diqqət yayındırmağa çalışır. İddiası başından böyük qız, boş-boş şeylərlə məşğul olmaq yerinə, iş ortaya qoymağa çalış”.