"Bütün günü internetdə uşağım üçün adlara baxıram" - ata olmağa hazırlaşan Elçin

"Bütün günü internetdə uşağım üçün adlara baxıram" -  ata olmağa hazırlaşan Elçin
6222 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gecə-gündüz internetdə uşağım üçün adlara, onların mənasına baxıram. Maraq çəkən bir ad istəyirəm. Seçilməyi sevən insanam. Bu mənim geyimlərimdə, mahnılarımda da özünü göstərir. Yəqin ki, seçilən bir ad qoyacam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov “Hər şey daxil” verilişində deyib.

Ata olmağa hazırlaşan ifaçı gələcək övladından danışıb:

“Uşaqla bağlı heç nə düşünmürəm. Düşünürəm ki, nəsə almaq, plan qurmaq tezdir. Amma elə bil başqa bir Elçin olmuşam. Nədir bilmirəm. Yəqin ata olandan sonra biləcəm. Mənim üçün cinsiyyətin fərqi yoxdur, Allah nə versə qəbuldur”.

Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir.