Nazir əməkdar artisti mükafatlandırdı

Nazir əməkdar artisti mükafatlandırdı
1984 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artisti Ələkbər Əliyevin 60 yaşı tamam olub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ə.Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar fəxri fərmanla təltif edib.

Qeyd edək ki, Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib.