Orlando Blum Miranda ilə boşanmalarından danışdı

Orlando Blum Miranda ilə boşanmalarından danışdı
1185 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktyor Orlando Blum Miranda Kerrlə boşanmaları haqda danışıb.

Axşam.az xəbər verir ki, o, Miranda ilə dost kimi ayrıldıqlarını deyib:

"Biz bir-birimizi sevirik və hörmət edirik. Bundan sonra da hər zaman bir-birimizi dəstəkləyəcəyik. Həyat heç də həmişə istədiyin kimi davam etmir. Buna baxmayaraq, biz uşaq deyilik. Mənim 36, Mirandanın isə 30 yaşı var. Hər şeydən əvvəl biz oğlumuz Flini sevirik. Onun qayğı və sevgi içində böyüməsi üçün əlimizdən gələni edəcəyik."

Qeyd edək ki, 2007-ci ildə münasibətə başlayan tanınmış cütlük 3 il əvvəl ailə həyatı qurmuşdu. Onların Flin adlı oğlunun 2 yaşı var.