Röya əsəbiləşib stulu yerə çırpdı - Video

Röya əsəbiləşib stulu yerə çırpdı -  Video
6071 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röyanın maraqlı videosu yayılıb.

Axşam.az-ın məlumatına görə, “Muz TV” tərəfindən lentə alınan görüntülərdə sənətçi əsəbiləşərək stulu yerə çırpıb. Bu yaxınlarda açıq havada verdiyi konsertdə baş verən hadisədən sonra müğənni mediaya açıqlama verib:

“Rəqsə uyğun olaraq sonda stulu yerə çırpmalıydım. Konsertlərimin əksəriyyətində bu səhnə olur. Bir dəfə isə bahalı stulu səhnədən atmışdım, bir də baxdım kı, qarşıda bir uşaq dayanıb. Qorxdum ki, stul uşağa dəyər. Amma yan keçdi. Əgər o körpəyə nəsə olsaydı, mən bədbəxt sənətçi olardım”.

Röyanın həmin videosunu və dünən baş tutan vizajist Nigar İbrahimovanın toyundan fotolarını təqdim edirik.

Foto: Rəşad ABBASOV