Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi
3478 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Axşam.az-ın telegraf.com-a istinadən məlumatına görə, əməkdar artist səhhəti haqda özü məlumat verib:

"Axşam saat 2 radələrində özümü pis hiss etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib:

"İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”.