"Mənim dünyama yalnız ailəm daxildir" - Elçin

"Mənim dünyama yalnız ailəm daxildir" -  Elçin
3453 dəfə oxunub
  • A-
  • A
  • A+
"Elçinin dünyası çox xoşbəxt və rəngarəngdir. Bura yalnız ailəm, valideynlərim və yaxın dostlarım daxildir. Şou-biznesdən heç kimi dünyama daxil etmirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi bildirib ki, şou-biznes nümayəndələri ilə dostluq etmir:

"Çalışıram şou-biznesə kənardan baxım. Məni çox insanların içində görə bilməzsiniz, sıxılıram. Əvvəl çox şeyi hiss etmirdim, amma indi aydın görürəm. Kimi süni, kimi təbiidir ayırd edə bilirəm. Çox az insan səmimidir".

Ata olmağa hazırlaşan E.Cəfərov övladından danışıb:

"Əgər istedadı olsa, onu çəkindirmək olmaz. Layiqli müğənni olacaqsa, qarşısını almaram. İnsan yaşa dolduqca məsuliyyəti artır. Ailənin məsuliyyəti başqadır".