Ronaldo alt paltarı brendi yaratdı

Ronaldo alt paltarı brendi yaratdı
5151 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış futbolçu Kriştiano Ronaldo yeni brendin əsasını qoyub.

Axşam.az xəbər verir ki, CR7 brendi əsasən kişi alt paltarlarının istehsalı ilə məşğul olacaq.

Futbolçu öz adına olan alt geyimlərinin təqdimat mərasimini də reallaşdırıb. Portuqaliyalı Madriddə keçirilən tədbirdə bu hadisənin onun üçün əlamətdar olduğunu bildirib:

"Bu gün yeni brendimin açılışı baş tutduğu üçün qürur duyuram. Dəb və dizayn mənim üçün çox əhəmiyyətlidir. Bu layihəyə xeyli vaxt və enerji sərf etmişəm. Ümid edirəm ki, kolleksiyalar bəyəniləcək."

Qeyd edək ki, brendin məhsulları olan alt paltarları və corablar artıq bu gündən satışa çıxarılıb. Futbolçu layihə çərçivəsində məşhur dizayner Riçard Kayemlə əməkdaşlıq edir.