Mərhum dünya ulduzu haqqında şok açıqlama: "Biseksual imiş"

Mərhum dünya ulduzu haqqında şok açıqlama: "Biseksual imiş"
7445 dəfə oxunub
  • A-
  • A
  • A+

2009-cu ildə dünyasını dəyişən müğənni Uitni Hyuston haqqında çəkilən "Uitni: Mən özüm ola bilərəm?" ("Whitney: Can I Be Me") sənədli filmdə maraqlı açıqlama səsləndirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iddia edilir ki, müğənni biseksual olub. O, öz köməkçisi Robin Kaoufordla sevgi yaşayırmış. Filmdə hər kəsin dost bildiyi cütlüyün bundan artıq olduğu vurğulanıb.

Stilist Ellin Lavar da bu haqda fikirlərini bölüşüb:

"Mən Uitninin lezbiyan olduğuna inanmıram. Yəqin ki, biseksual imiş. Onun həyatında kişilər də olub. Sadəcə o, kişilərdə tapa bilmədiyi sakitliyi Robində tapırdı".

U.Hyustonun keçmiş əri və dünyasını dəyişən qızının atası Bobbi Braun da hətta onları qısqanırmış.

Uitninin cangüdəni Devid Roberts həmin illəri belə şərh edib:

"Bobbi və Robin od və buz kimi idilər. Onlar bir-birinə nifrət edirdilər. Hər ikisi Hyustonun sevgisi uğrunda mübarizə aparırdılar və Bobbi çox zaman qalib gələ bilmirdi".

2000-ci ildə Robin müğənninin həyatından çıxıb və Uitninin həyatı enişə doğru getməyə başlayıb.

"O, yeganə insan idi ki, Uitni Hyustonu xilas edə bilərdi. Əri Bobbi Braunun gedişi isə Uitni üçün qaçılmaz idi" - Roberts xatırlayır.

Qeyd edək ki, ikili 1979-cu ildə tanış olublar və ondan sonra U.Hyustonun karyerası yüksəliş dövrünə keçib. Hətta müğənni müsahibələrində tez-tez Robinə təşəkkürünü bildirirdi.