Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına sürpriz

Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına sürpriz
862 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Yusuf Güney ötən həftə Bakının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi açılış mərasimlərindən birinə qatılıb.

Güney "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, Azərbaycanda konsert verəcək:

"Yaxın günlərdə böyük bir konsert proqramı ilə buradakı sevənlərimlə görüşəcəm. Pərəstişkarlarımı darıxmağa qoymayacam. Yeni albom üzərində çalışıram. Burada bir dənə Azərbaycan mahnısı da var. Klassik bir mahnını ora daxil edib, azərbaycanlılara sürpriz edəcəm".