Mayın ilk iş günü 28 dərəcə isti olacaq

Mayın ilk iş günü 28 dərəcə isti olacaq
3547 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 9-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  763 mm civə sütunu, nisbi rütubət   gecə 70-80 %, gündüz  55-65 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 1-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz  arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.