Elməddin Cəfərov əməliyyat olunacaq

Elməddin Cəfərov əməliyyat olunacaq
9355 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı aktyor Elməddin Cəfərov növbəti dəfə əməliyyat etdirmək niyyətindədir.

Axşam.az-ın məlumatına görə, bu barədə aktyor Lent.az-ın canlı yayımında qonaq olarkən deyib.

O bildirib ki, artıq əməliyyatı gecikir:

“Uşaqlıqda burnumda və boğazımda artıq ət var idi. 6 yaşımda kəsdirmişdim. Amma o yenə inkişaf edib. Mən tez-tez xəstələnirəm. Yoxlatdıq, dedilər ki, burundan nəfəs zəif gedir, ağızdan nəfəs alırsan, soyuq dəymə də ağ ciyərə tez gedir. Ona görə də xəstələnirəm. Düz 3 ildir ki, o əməliyyatı etdirə bilmirəm. Dəhşət qorxuram. Allah kömək olsun, əməliyyatdan qorxuram. Bilirəm ki, gec-tez o əməliyyatı etdirməliyəm. Artıq bu il gecdir, mart ayına qədər etdirməli idim, ürəklənə bilmədim. Qaldı gələn ilə. Gələn 2018-ci ildə mütləq əməliyyat etdirəcəm”.