“Vampirlər” yenidən bir arada

“Vampirlər” yenidən bir arada
1889 dəfə oxunub
  • A-
  • A
  • A+

"Alatoranlıq" silsilə filmlərinin ulduzları Robert Pattinson və Kristen Stüartın yenidən sevgili olduğu deyilir.

Axşam.az-ın məlumatına görə, bu günlərdə paparatsilər Stüartın evə bir gənclə gəldiyini və 3 saat orda qaldığını müşahidə ediblər.

Görüşdən sonra Kristen öz avtomobilinə minərək naməlum istiqamətə gedib. Daha sonra Pattinson da evdən çıxıb. Xarici mətbuat iddia edir ki, cütlük birlikdə Kristenin evində gecələmək istəyiblər. Amma paparatsilər tərəfindən izlənildiklərini gördükdən sonra maşına minərək ayrı istiqamətə gediblər.

Robert Pattinsonvə Kristen Stüart bu ilin mayında ayrılıblar. Buna səbəb Stüartın rejissor Rupert Sandersonla ona xəyanət etməsi olub.  Hətta Robert xəyanəti bağışlasa da, bu münasibəti davam etdirə bilməyiblər.