Müğənni Şəbnəm Tovuzlunun gizli fotoları yayılıb.

Axşam.az-ın məlumatına görə, şəkilləri mediafax.az yayıb. 
 
Görüntülərdən sənətçinin həmin şəxslə isti münasibətdə olması aydın şəkildə sezilir.

Mənbənin bildirdiyinə görə, fotodakı kişi sənətçinin həmkarı Ərşaddır.

Qeyd edək ki, bu yaxınlarda müğənni Təranə Qumral onda Şəbnəm Tovuzlunun lüt fotolarının olduğunu bildirmişdi:

"Şəbnəm Tovuzlunun bir qəzetlik lüt şəkilləri var, əsəblərimlə oynamasın, yayaram".

Müğənni big.az-a açıqlama verərək deyib ki, yayılan şəkillərdə yanındakı kişi keçmiş həyat yoldaşıdır:

“Həmin fotolar mənim keçmişimlə bağlıdır. Kiminsə əlinə keçib, yayıb, özü bilər. Mənim üçün az fərq edir. Yazırlar ki, evli kişi ilə münasibətdəyəm, yalandır! Həmin şəxs mənim birinci ailəm olub, şəkilləri yayıblar, canları sağ olsun. Fotoların kim tərəfindən yayıldığını bilmirəm. Məsələ ilə bağlı heç bir araşdırma, yaxud polisə müraciət etməyəcəyəm. Mən öndəyəm, tanınıram deyə indi adımı hallandırırlar. Kim mənimlə rəqabət aparırsa, problem edirsə, öz işidir. Sağ olsun... Onları Allahın mühakiməsinə buraxıram. Məni vurmaq istəyirlər. Bu mümkün ola bilməz... Belə hallar çox olub, guya bununla kimə nə edirlər ki?".