"İspaniyanın Enrike İqlesiası, Azərbaycanınsa Zamiqi var" - yeni klip

"İspaniyanın Enrike İqlesiası, Azərbaycanınsa Zamiqi var" -  yeni klip
2869 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Unudaram” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mahnının musiqisi Emin Kərimiyə, sözləri MC Murada aiddir. Ekran işi rejissor Famil Əsədov və Cavid Əbdülrəhmanova həvalə olunub.

Kliplə bağlı fikirlərini bölüşən Z.Hüseynov bildirib ki, ekran işi animasiya şəklindədir:

“Klipə təqdimat etməyi sevmirəm. Müğənninin işi mahnı oxuyub klip çəkdirməkdir. Sadəcə, uşaqların əziyyəti var. Ona görə hamını bir araya yığdım. Mənə sosial şəbəkədə yazdılar ki, sizə animasiya şəklində klip çəkək. Mən də 3 şəklimi göndərdim, bir aya hazır oldu, bəyəndim”.

Klipin rejissorları Zamiqi Enrike İqlesiasa bənzədib:

"İspaniyanın Enrikesi varsa, Azərbaycanın da Zamiqi var".

Foto: Ramin ASLANOV