Əri öldükdən sonra toy şəkillərinə baxdı - həqiqət üzə çıxdı+foto

Əri öldükdən sonra toy şəkillərinə baxdı - həqiqət üzə çıxdı+foto
54018 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərədə yaşayan Emma Cotillard adlı qadın keçən ilin mayında həyat yoldaşı Castin Cotillardı itirdikdən sonra böyük bir sirrin üstünü açıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Castin beyin xərçəngindən dünyasını dəyişib. Həkimlər ona dəqiq diaqnoz qoya bilmədiklərindən, müalicə də edə bilməyiblər. Çünki bu xəstəliyi vaxtında aşkar etmək çətin olur.

Həyat yoldaşının ölümündən bir il keçdikdən sonra Emma toy şəkillərinə baxıb. Şəkillərdə ərinin üzünün sağ tərəfinin çökək olduğunu gördükdə şok olub.

Cotillard həyat yoldaşının toydan bəri xəstə olduğunu anlayıb, amma artıq gec olub.