Xalq artistinin 70 illik yubileyi belə qeyd olundu - fotolar

Xalq artistinin 70 illik yubileyi belə qeyd olundu -  fotolar
555 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr edilən “Səslən tarım” adlı tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, respublikanın tanınmış elm, mədəniyyət, incəsənət və dövlət xadimlərinin iştirak etdikləri tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə dəstəyi ilə təşkil olunub.

Əvvəlcə qonaqlar Filarmoniyanın foyesində Ramiz Quliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgini izləyiblər. 

Sonra sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli tarzənin həyat və yaradıcılığından danışıb. Vurğulanıb ki, görkəmli tarzən həmişə olduğu kimi, bu gün də yorulmaz ifaçılıq fəaliyyəti ilə bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir.
Nazir qeyd edib ki, Ramiz Quliyev dünyanın ən məşhur konsert salonlarında tanınmış orkestrlərlə eyni səhnəni bölüşərək dinləyicilərin qəlbinə yol tapıb.

Sonra Əbülfəs Qarayev “Şərəf” ordenini Ramiz Quliyevə təqdim edib.

R.Quliyev çıxış edərək ona göstərilən diqqət və qayğıya, Azərbaycan muğamının və tarının qorunması, inkişafı və dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.