Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti

Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti
1819 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 29-da Heydər Əliyev Sarayı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçiriləcək.

İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Axşam.az-a verilən məlumata görə, İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı hazırlanıb.

Bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutacaq.