Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq

Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq
516 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbir iyunun 2-də saat 19.00-da gerçəkləşəcək. 

Tədbirdə vaxtilə sənətkarla bir çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.

Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, aparıcı əməkdar incəsənət xadimi İlham Rəhimlidir. 

Teatrın foyesində aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.