“İrəvanda xal qalmadı” "Azdrama"da

“İrəvanda xal qalmadı” "Azdrama"da
587 dəfə oxunub
  • A-
  • A
  • A+

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni səhnə əsərinin premyerasına hazırlaşır.

Belə ki, sənət ocağı mayın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində şair-dramaturq Hidayətin İrəvan həqiqətlərindən bəhs edən “İrəvanda xal qalmadı” tarixi dramı əsasında səhnələşdirilən tamaşanı təqdim edəcək.

Teatrdan Axşam.az-a bildirilib ki, tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

Yeni redaksiyada nümayiş ediləcək səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assisenti Tural Xəlilzadədir.

Tamaşada rolları Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Ayşən Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edəcək.